”II Qaregin Qalstanyan və Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə...”
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin arxiyepiskoplar Baqrat Qalstanyan və Gevorq Acapaxyanın cinayət təqibinin qanunsuz olması ilə bağlı bəyanatına reaksiya verib.
AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, Baş nazir sosial şəbəkədəki hesabında din xadimlərini ölkədə hərbi çevrilişə dəstək verməkdə ittiham edib.
”Əgər Ktriç Nersisyan (II Qaregin) Qalstanyan və Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə, deməli, o həmin şəxslərin hərbi çevriliş həyata keçirmək, ölkədə xaos yaratmaq ideologiyasını və planlarını dəstəkləyir”, - Paşinyan vurğulayıb.
Qeyd edək ki, iyunun 26-da Ermənistan İstintaq Komitəsi əsasən din xadimlərindən ibarət olan “Müqəddəs mübarizə” hərəkatının 16 üzvünü həbs edib. Onlar ölkədə terror aktları təşkil etmək və hakimiyyəti ələ keçirmək ittihamı ilə azadlıqdan məhrum olunublar.