Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı iki məzarın ətrafından 4 min manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.