Qazaxıstanda konstitusiya referendumu baş tutub

Dünya

06.06.2022 - 01:17

Həkimlər Klinikalar SEO Xidməti

Seçkilərdə 68,44 faiz seçici fəallığı qeydə alınıb

Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum sakit şəraitdə keçib və baş tutmuş hesab edilib. AYNA xarici mediaya istinadən bildirir ki, səsvermədə iştirak edənlərin sayı zəruri olan 50 faiz həddini ötüb.

Mərkəzi Referendum Komissiyasının məlumatına görə, ölkə üzrə bütün məntəqələr bağlanarkən 68,44 faiz seçici fəallığı qeydə alınıb. Referendumun ilkin nəticələri gecə saatlarında yerli telekanallar “exit-poll”un məlumatlarını elan etdikdən sonra məlum olacaq.

Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi Referendum Komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.

Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev aprelin 29-da Qazaxıstan Xalq Assambleyasının sessiyasında irəli sürüb.

Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş