Qazaxıstanda “Amanat” qalib gəlib

Dünya

27.03.2023 - 14:43

Parlamentin aşağı palatasına keçirilən seçkilərinin nəticələri açıqlanıb

Qazaxıstan Məclisinə martın 19-da keçirilən seçkilərin nəticələri açıqlanıb. AYNA qazax mediasına istinadən bildirir ki, seçkilərdə hakim “Amanat” Partiyası Parlamentin aşağı palatasında 69 yerdən 40-nı qazanıb. Partiyanın daha 29 namizədi birmandatlı dairələrdən deputat seçilib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçkidə iştirak edən altı partiya beş faizlik həddi keçə bilib.

Ölkənin ən böyük partiyası olan “Amanat” Partiyası seçkilərdə 53,9 faiz səs toplayaraq qalib olub.

Müəllif: Ayna.az