Qaradağda evdə yanğın olub

Xəbərlər

26.03.2023 - 19:03

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Bakının Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə