Qaqauziya rəhbəri: “Biz suveren, neytral, müstəqil ölkədə yaşamaq istəyirik”

Dünya

10.04.2024 - 12:32

Yevgeniya Qutsul: “Moldova vətəndaşları ölkənin Aİ-yə daxil olmasını istəmirlər”

 “Moldova vətəndaşları öz ölkələrinin Avropa İttifaqına (Aİ) qoşulmasını istəmirlər. Çünki onlar qonşuları ilə dost olan suveren və neytral dövlət arzusundadırlar”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul deyib.

Siyasətçi qeyd edib ki, oktyabrda keçiriləcək referendumda Moldova sakinləri ölkənin Aİ-yə daxil olub-olmaması ilə bağlı səs verəcəklər.

Qutsul qeyd edib ki, respublika vətəndaşlarının əksəriyyəti adından deyə bilər: əhali bunu istəmir: “Biz suveren, neytral, müstəqil ölkədə yaşamaq istəyirik və burada bütün qonşularımızla dost olacağıq: Rusiya Federasiyası, Ukrayna, Rumıniya və Aİ ilə”.

Qutsul Moldovanın NATO da daxil olmaqla heç bir hərbi bloka ehtiyacı olmadığına diqqət çəkib.

Bundan əvvəl Qutsul bildirib ki, Qaqauziya öz müstəqilliyini elan edərsə, Moldova Kişinyovdakı hakimiyyət orqanları bölgəyə qoşun yeridə bilər.

Müəllif: Ayna.az