Qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Xəbərlər

19.01.2023 - 12:19

cedabet dərman SEO Xidməti

Polis əməliyyat tədbirləri keçirib

Vətəndaşlardan qanunsuz saxladıqları 14 tüfəng aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 18-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 14 ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş