Putin Mirziyoyevlə telefonla danışıb

Dünya

12.12.2024 - 00:48

Həkimlər Klinikalar SEO Xidməti

Liderlər Suriya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. AYNA rus mediasına istinadən bildirir ki, liderlər Suriya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, söhbət zamanı prezidentlər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik məsələlərinə toxunub, bu ilin mayında Putinin Özbəkistana dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş