Putin İlham Əliyevə zəng edib

Xəbərlər

12.12.2022 - 14:32

cedabet dərman SEO Xidməti

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar

Rusiya Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş