Qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək
2019-cu il Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
AYNA Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, builki mükafat James Peebles (Kanada-ABŞ), Mişel Mayor (İsveçrə) və Didier Queloza (İsveçrə) verilib.
James Peebles Fiziki kosmologiya sahəsində nəzəri kəşfə görə, Mişel Mayor və Didier Queloz isə “Günəş tipli ulduz orbitində olan ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər.
Qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da, Alfred Nobelin vəfatı günü keçiriləcək.