Azərbaycanda Qurban bayramının vaxtı dəqiqləşib

Xəbərlər

22.06.2019 - 15:17

QMİ təmsilçisi: "Qurbanı 3 gün ərzində kəsmək olar"

 

"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək". AYNA ONA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

 

"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar" - deyə o bildirib.

 

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.

Müəllif: Ayna.az