Lənkəranda ağır qəza: 23 nəfər xəstəxanalıq olub

Hadisə

29.08.2019 - 16:33

Qəza nəticəsində sürücü yerində dünyasını dəyişib

 

Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

 

Səhiyyə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir ki, onlardan biri reanimasiya şöbəsindədir.

 

Qalan xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Müəllif: Ayna.az