Prezidentin köməkçisi: “Ermənistan atəşkəsin arxasında gizlənir”

Aktual

15.10.2020 - 14:38

Hikmət Hacıyev: “Düşmən dinc insanlara qarşı terror siyasəti yürüdür”

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxsin həlak olması, 3 nəfərin isə yaralanması ilə bağlı özünün "Twitter" hesabında paylaşım edib.

 

AYNA xəbər verir ki, Prezidentin köməkçisi Ermənistanın humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürütdüyünü qeyd edib. O vurğulayıb ki, Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır.

Müəllif: Ayna.az