Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Dünya

16.04.2023 - 14:29

cedabet dərman SEO Xidməti

Qadağaya həm bitki, həm də heyvan mənşəli məhsullar daxildir

Polşa bu ilin iyunun 30-dək Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Qadağaya həm bitki, həm də heyvan mənşəli məhsullar daxildir.

AYNA xəbər verir ki, Polşanın inkişaf və texnologiya nazirinin müvafiq əmri şənbə günü axşam “Legislative Gazette”də dərc olunub.

“Xarici ticarətin idarə edilməsi haqqında 16 aprel 2004-cü il tarixli qanuna əsasən, 2023-cü il iyunun 30-dək Ukrayna ərazisindən istehsal olunan və ya idxal olunan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulur”, - sənəddə deyilir.

Sərəncama əlavəyə əsasən, Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalına qadağa aşağıdakılara şamil edilir: taxıl, şəkər, quru yem, toxum, kətan və çətənə, meyvə-tərəvəz, emal olunmuş meyvə-tərəvəz məhsulları, şərab, mal əti, süd və süd məhsulları, donuz, quzu və keçi əti, yumurta, quş əti, kənd təsərrüfatı mənşəli etil spirti, arıçılıq məhsulları.

Bu sərəncam dərc edildiyi andan qüvvəyə minib.

Bundan əvvəl polşalı fermerləri birləşdirən bir sıra təşkilatlar taxılın ölkədə saxlanmasına və satılmasına, sonradan Polşa vasitəsilə digər dövlətlərə ixrac üçün Ukraynadan gətirilməsinə etiraz ediblər.

Fermerlər bildiriblər ki, Ukrayna taxılının keyfiyyəti qeyri-adekvatdır, buna görə yerli məhsulların qiyməti kəskin ucuzlaşıb və yeni məhsul üçün anbarda kifayət qədər yer qalmaya bilər. Polşa tərəfinin rəsmi məlumatına görə, son bir ildə Ukraynadan respublikaya 2 milyon tona yaxın taxıl idxal edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş