O, xəstəxanaya yerləşdirilib
Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alması zamanı baş verib.
O, xəstəxanaya yerləşdirilib. Araşdırmalar davam etdirilir.