Pekin Vaşinqtonu bazar iqtisadiyyatı prinsiplərinə hörmət etməyə çağırır

Dünya

24.06.2024 - 13:42

Həkimlər Klinikalar SEO Xidməti

“Çin ciddi narahatlığını və buna qəti etirazını bildirir və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır”

Çin ABŞ Maliyyə Nazirliyinin Çinə investisiya qoyuluşuna dair təklif etdiyi məhdudiyyətlərə qarşı çıxır və Vaşinqtonu bazar iqtisadiyyatı prinsiplərinə hörmətlə yanaşmağa, Çin-Amerika əməkdaşlığının inkişafı üçün uyğun şərait yaratmağa çağırır. AYNA xəbər verir ki, müvafiq bəyanat Çin Xalq Respublikasının Ticarət Nazirliyinin saytında dərc olunub.

“Çin ciddi narahatlığını və buna qəti etirazını bildirir və müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır. Birləşmiş Ştatlar bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabət prinsiplərinə hörmət etməli, iqtisadi və ticarət məsələlərini siyasiləşdirməyə və silahlandırmaqdan əl çəkməli, Çinə qoyulan investisiya məhdudiyyətlərini aradan qaldırmalı və Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı üçün yaxşı şərait yaratmalıdır”, vəyanatda vurğulanıb.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Çində investisiya məhdudiyyətləri ilə bağlı təklif olunan qaydaları dərc edib.

Müəllif: Ayna.az