Paşinyan Putinə zəng edib

Dünya

13.03.2023 - 16:27

cedabet dərman SEO Xidməti

Ermənistanın Baş naziri ilə Rusiya Prezidenti Üçtərəfli Birgə Bəyanatın icrasını müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş