Paşinyan minimum əmək haqqını artırmaqdan imtina edib

Dünya

20.01.2022 - 16:33

"Bu, kifayət qədər yüksəkdir və iqtisadiyyatın inkişafına əks təsir göstərə bilər"

Ermənistanda minimum əmək haqqı artırılmayacaq. AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan hökuməti yanvarın 20-də keçirdiyi iclasda minimum əməkhaqqının 68 min dramdan 100 min drama qədər artırılmasını təklif edən “Minimum əmək haqqı" haqqında qanuna dəyişiklik layihəsini təsdiq etməyib.

Nazirlər Kabineti qərarı belə əsaslandırıb: “Minimum aylıq əməkhaqqının artırılması müvafiq iqtisadi imkanlarla müşayiət olunmalıdır. Layihə qəbul olunarsa, Ermənistanda minimum əmək haqqı orta əmək haqqının təxminən 50 faizini təşkil edəcək ki, bu, kifayət qədər yüksəkdir və iqtisadiyyatın inkişafına əks təsir göstərə bilər".

"Minimum əmək haqqının dəyişməsi əhəmiyyətli inflyasiya riskləri daşıyır. Müxtəlif təhlillərə görə, minimum əmək haqqının hər 10 faizlik artımı 0,3-0,7 faiz bəndi əlavə inflyasiyaya səbəb ola bilər”, - deyə Nikol Paşinyan hökumətinin açıqlamasında qeyd edilib.

Müəllif: Ayna.az