Parisdə pensiya islahatına qarşı aksiyalarda 217 etirazçı saxlanılıb

Dünya

17.03.2023 - 07:56

Etirazçılar avtomobilləri və küçələrdə yığılan zibilləri yandırıblar

Fransanın paytaxtı Paris şəhərində pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı azı 217 nəfər saxlanılıb.

AYNA xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Qeyd olunub ki, Parisdə mitinqlərin dağıdılması zamanı etirazçılar avtomobilləri və küçələrdə yığılan zibilləri yandırmağa başlayıblar.

Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi də qeyd edilib.

Müəllif: Ayna.az