Bəzi yaşayış məntəqələrinin əhalisinə evlərini tərk etmək göstərişi verilib
İyundan bəri Pakistanda musson yağışları mövsümü mindən çox adamın ölümünə səbəb olub. AYNA-nın xəbərinə görə, bu barədə “Figaro” Pakistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb. Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib.
Rəsmi statistikaya görə, hər 7 pakistanlıdan biri bu musson mövsümündən əziyyət çəkib. Sentyabradək davam edən musson yağışları kənd təsərrüfatı üçün zəruri olsa da, bəzən ciddi fəlakətlə nəticələnir.