Özil karyerasını bitirib

İdman

23.03.2023 - 05:48

Həkimlər Klinikalar SEO Xidməti

Futbolçu karyerasını bitirdiyini elan edib

“Şalke”, “Verder”, “Real Madrid”, “Arsenal”, “Fənərbaxça” və “Medipol Başakşehir” klublarında çıxış edən Mesut Özil 34 yaşında futbolu tərk etdiyini açıqlayıb.

AYNA xəbər verir ki, dünya şöhrətli türkiyəli futbolçu bu barədə tvitter səhifəsində yazıb.

Türkiyə karyerasına 2021-ci ildə "Fənərbaxça"da başlayan Özil, sonra “Medipol Başakşehir”ə transfer olunsa da, zədə səbəbindən karyerasını davam etdirə bilməyib.

Özil dünya çempionatı da daxil olmaqla, 11 kubok qazanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş