Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verilib

Dünya

21.01.2022 - 05:13

Dünyada COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Özbəkistanda 5 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib. AYNA-nın Trend-ə istinadən məlumatına görə, bunu ölkənin Sanitar-Epidemioloji Rifah və İctimai Səhiyyə Xidmətinin rəisinin müavini Nurmat Atabekov deyib.

"Koronavirus infeksiyasının yeni ştammının ölkədə yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq və milli ekspertlərin tövsiyələri nəzərə alınmaqla, 5-11 yaşlı uşaqların COVID-19-a qarşı könüllü peyvənd edilməsinə başlanılıb", - deyə N.Atabekov bildirib.

Müəllif: Ayna.az