Ötən gün 82 nəfər saxlanılıb

Xəbərlər

02.03.2023 - 11:54

cedabet dərman SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması təmin olunub

Martın 1-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş