Ötən gün 55 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

20.01.2022 - 13:22

COVID-19 pasportu olmadığına görə 12 nəfər şənliklərə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 19-da Bakıda və respublikanın digər ərazisində 55 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 54 şadlıq sarayında və 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 12 nəfər şənliklərə buraxılmayıb.

Müəllif: Ayna.az