Ötən gün 190 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

30.12.2021 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 pasportu olmadığına görə 44 nəfər toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 29-da Bakıda və respublikanın digər ərazilərində 190 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə,  monitorinqlər 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 44 nəfər toy şənliklərinə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş