Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeyi atəşə tutulub

Xəbərlər

07.12.2022 - 16:57

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az