Omanda məscid yaxınlığında atəş açılıb, 4 nəfər həlak olub

Dünya

16.07.2024 - 11:57

cedabet dərman SEO Xidməti

Hücum edənin avtomatik tüfənglə atəş açdığını bildirilir

Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. AYNA xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Oman polisinin bəyanatında insidentlə bağlı əlavə təfərrüatlar verilməsə də, bəzi məlumatlarda azı bir hücum edənin avtomatik tüfənglə atəş açdığını bildirilir.

Polis araşdırmalarını davam etdirir.

Qeyd edək ki, Oman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə həmsərhəddir. Əksəriyyəti müsəlman olan ölkədə belə hücumlar nadir hallarda baş verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş