Netanyahu: “İran İsrail seçkilərinə müdaxilə etmək istəyir”

Dünya

22.10.2026 - 11:23

“Ölkəmizin kəşfiyyatı İranın parlament seçkilərinə müdaxilə planlarını aşkar edib”

“Ölkəmizin kəşfiyyatı İranın parlament seçkilərinə müdaxilə planlarını aşkar edib. Əgər Tehran seçkiyə müdaxilə etmək qərarına gələrsə, hərbi cavab veriləcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"Hərbi kəşfiyyatdan və Mossaddan İran və onun təmsilçilərinin seçkilərə təsir etmək yollarını nəzərdən keçirdikləri barədə açıq xəbərdarlıqlarımız var. Əgər onlar bunu etsələr, bu, onlar üçün ciddi bir səhv olacaq. Çünki biz güclə və onların təsəvvür edə bilməyəcəyi şəkildə cavab verəcəyik", - deyə Netanyahu "Jerusalem Post" qəzetinə verdiyi müsahibədə bildirib.

O, İsrailin təhlükəsizliyinin İran rejiminin öz gücünü bərpa edə bilməsindən asılı olduğunu söyləyib.

"Təxminən bir il əvvəl İran bir neçə atom bombası istehsal etmək ərəfəsində idi. Əgər biz "Yüksələn Aslan" və sonra "Göy guruldayan Aslan" əməliyyatlarına başlamasaydıq, bizi məhv etmək üçün atom bombalarına sahib olardılar", - deyə Netanyahu qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş