Baş nazir 10 oktyabrda daha bir böyük hücum planlaşdırıbmış
İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın yenidən başlamasını istəyir və Vaşinqtonu "başladığını bitirməyə" çağırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Netanyahu 10 oktyabrda daha bir böyük hücum planlaşdırıbmış. Əməliyyatın bir neçə gün davam etməsi nəzərdə tutulubmuş. İsrail tərəfi İranın nüvə obyektlərinə, elektrik stansiyalarına və digər infrastruktur obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Lakin ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə Vaşinqtonun aralıq konqres seçkilərindən sonra münaqişənin daha da şiddətlənməsinə səbəb ola biləcək addımlar atmaq niyyətində olmadığını bildirib. Seçkilər 3 noyabrda keçiriləcək.
Eyni zamanda, FT mənbələri yeni hərbi əməliyyatın müzakirələrinin Tehrana təzyiq strategiyasının bir hissəsi ola biləcəyini etiraf ediblər. Onların qiymətləndirməsində bu təhdid İran hakimiyyətini güzəştə getməyə sövq edə bilər.
Daha əvvəl Ağ Evin mətbuat katibinin müavini Anna Kelli ABŞ-ın seçkilərdən əvvəl İsraillə İrana qarşı birgə hərəkət planlaşdırmadığını təsdiqləmişdi.