"Samat Abışın saxlanması barədə məlumat verən mənbəmiz səhv edib"
Qazaxıstanda Orda.kz saytının baş redaktoru Gülnarə Bajkenova ölkənin sabiq Prezidenti - Elbaşı Nursultan Nazarbayevin bacısı oğlu Samat Abışın saxlanılması ilə bağlı məlumatı təkzib edib. AYNA xəbər verir ki, təkzib mesajı saytın rəsmi "Telegram" kanalında yer alıb.
“Nazarbayevin bacısı oğlu Samat Abışın saxlanması barədə məlumat verən mənbəmiz səhv edib, məlumat təsdiqini tapmayıb. Üzr istəyirik, biz fövqəladə vəziyyətdə işləyirik və yeganə vəzifəmiz oxucularımızı məlumatlandırmaqdır. Zəhmət olmasa anlayın”, – deyə Bajkenova qeyd edib.
Xatırladaq ki, bu gün Abışın həbs edilməsi ilə bağlı Orda.kz saytında məlumat dərc edilmişdi.