Nazarbayev xalqa videomüraciət etdi: "Heç yerə getməmişəm"

Dünya

18.01.2022 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

"Elitada heç bir münaqişə, qarşıdurma yoxdur, deyilənlər şayiədir"

Qazaxıstanın ilk Prezidenti - Elbaşı Nursultan Nazarbayev xalqa videomüraciət edib, özünün və ailəsinin ölkəni tərk etmədiyini deyib. 

AYNA xarici mediaya istinadən bildirir ki, Nazarbayev hazırda Qazaxıstanın paytaxtı Nursultan şəhərində olduğunu, istirahət etdiyini vurğulayıb: "Mən təqaüdçüyəm, hazırda layiqli istirahətdəyəm. Heç yerə getməmişəm, belə fikrim də yoxdur". 

"Qazaxıstanın Prezidenti Qasım-Comərt Tokayev hazırda tam səlahiyyətlərə malikdir və ölkənin Təhlükəsizlik Şurasının rəhbəridir. Tezliklə Tokayev Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də, elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - Nazarbayev bildirib.

Birinci Prezidentin sözlərinə görə, ölkədə sabitlik və əmin-amanlıq həmişə onun əsas məqsədi olub: "Mən xalqımız Tokayevin təklif etdiyi xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş islahat proqramını dəstəkləməyə çağırıram".

Qazaxıstanda ilin əvvəlində avtoqazın qiymətinin iki dəfə - 60-dan 120 təngəyə qalxması ilə bağlı başlayan etirazlar fonunda Prezident Tokayev hökuməti buraxdı və Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırıldığını elan etdi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş