Naxçıvanda ərlə arvad dəm qazından zəhərlənib

Hadisə

23.01.2023 - 07:49

Kişi ölüb, arvadı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Dünən axşam saatlarında Naxçıvanın Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib.

AYNA APA-ya istinadən xəbər verir ki, kənd sakinləri - Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərlənib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir. Faktla bağla araşdırma aparılır.

Müəllif: Ayna.az