Qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb
Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb.
Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.
Nəticədə 7 nəfər zəhərlənib.
Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.