Çexiya və Slovakiya prezidentləri Ukraynaya səfər ediblər
Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər ediblər. AYNA xarici mediaya istinadən bildirir ki, proqrama Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş daxildir.
“Prezident Çaputova və Çexiya Prezidenti Pavel Kiyevə gəliblər”, - iki NATO ölkəsinin liderlərinin səfəri barədə məlumatda deyilir.
Qeyd olunub ki, onlar Polşadan Kiyevə qatarla gəliblər və həmin zaman Rusiyanın raket zərbələri ilə bağlı hava hücumu xəbərdarlığı elan olunub.