NATO-nun 9 ölkəsi təlimlərə başlayır

Dünya

13.01.2025 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlər Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək

NATO-nun doqquz ölkəsi “münaqişə şəraitində” şərq cinahda qoşunların sürətlə yerləşdirilməsi imkanlarını yoxlamaq üçün yanvarın 13-dən fevralın 26-dək “Steadfast Dart-25” təlimləri keçirəcək. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, təlimlərə NATO üzvü olan 9 ölkədən 10 minə yaxın hərbçi, həmçinin hava, quru, dəniz və xüsusi təyinatlılar cəlb olunacaq.

Təlimlər Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.

Müəllif: Ayna.az