Narkotikin təsiri altında maşıb sürən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb

Xəbərlər

05.05.2024 - 12:10

Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Müəllif: Ayna.az