MQ-9-la bağlı insident böyüyür: Rusiya səfiri Dövlət Departamentinə çağırılıb

Dünya

15.03.2023 - 10:51

ABŞ-ın Moskvadakı səfiri insidentlə bağlı Rusiya XİN-ə ciddi bəyanat verib

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Qara dəniz üzərində MQ-9 pilotsuz təyyarəsi ilə bağlı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

Antonovun Qara dəniz üzərində baş vermiş insidentlə bağlı ABŞ Dövlət Departamentinə çağırılması faktını daha əvvəl Departamentin mətbuat katibi Ned Prays bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə ciddi bəyanat verib.

Qeyd edək ki, Rusiyanın Su-27 qırıcısı və Amerikanın MQ-9 pilotsuz təyyarəsi ilə bağlı Qara dəniz üzərində insident martın 14-də baş verib. Rusiya Müdafiə Nazirliyi ABŞ pilotsuz təyyarəsinin qəfil manevr nəticəsində Qara dənizə düşdüyünü bildirib. Nazirlikdən qeyd edilib ki, MQ-9-u tutmaq üçün qaldırılan rus qırıcıları PUA ilə təmasda olmayıb, silahdan istifadə etməyiblər.

Müəllif: Ayna.az