Moskvada Putinlə Mirziyoyev arasında görüş keçiriləcək

Dünya

18.11.2021 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə mühüm ikitərəfli sənədlər paketinin imzalaması da planlaşdırılır

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçiriləcək. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Putin və Mirziyoyev Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafını, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

“Görüşdə mühüm ikitərəfli sənədlər paketinin imzalaması da planlaşdırılır”, - deyə xəbərdə bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş