Moskva görüşünün detalları və ya Əliyev Putinə vəziyyəti diplomatik dillə izah edib

Siyasət

22.07.2021 - 10:18

Həkimlər Klinikalar SEO Xidməti

Asif Nərimanlı: “Mümkün üçtərəfli görüşdə sərhəd müqaviləsinin gündəmdə olacağı  və bu müqaviləyə Naxçıvanın Kərki, Qazaxın 7 kəndinin qaytarılması məsələsinin daxil ediləcəyi istisna deyil”

 

İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Liderlərin görüşü zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

 

Analitiklər bildirirlər ki, prezidentlər görüşün ictimaiyyətə açıqlanmayan hissəsində bir sıra məsələlər, xüsusilə də, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın icrası ilə bağlı müzakirələr aparıblar.

 

Azərbaycan liderinin Moskva səfərini AYNA-ya şərh edən siyasi şərhçi Asif Nərimanlı xatırladıb ki, Ermənistanda Bbaş nazir vəzifəsini icra edən Nikol Paşinyanın seçkidən dərhal sonra Moskvaya getməsi, ardınca Prezident İlham Əliyevin səfəri Rusiyanın təşəbbüsü idi və Moskvanın iki məqsədi var.

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

“Birincisi, tərəflərin Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara sadiqliyini yoxlamaqdır. Ermənistanda Paşinyanın qələbəsindən sonra buna ehtiyac var. İkincisi, üçtərəfli razılaşmaların icrasını sürətləndirməkdir. Paşinyandan sonra Prezident İlham Əliyevin də Moskvaya getməsi bu fikri gücləndirir”, - deyə A.Nərimanlı vurğulayıb.

 

Analitik hesab edir ki, Qərbin proseslərə müdaxiləsi müşahidə olunur: “ABŞ-ın vasitəçiliyi ilə erməni diversantlarla mina xəritələri dəyişdirildi. ATƏT-in Minsk Qrupunun yenidən “dirildilməsi” istəkləri var ki, bu məsələdə Fransa xüsusilə fəaldır. Avropa İttifaqı da regionda aktivlik göstərir. Proseslərin inkişafı təbii ki, Rusiyanın vasitəçiliyinə alternativlər yaradır. Bu alternativlərdən istifadə etmək istəyən tərəf Ermənistandır, Azərbaycan razılaşmaların icrasında maraqlıdır. Lakin alternativlərin olması Bakının əlini Moskvanın qarşısında gücləndirir. Rusiya anlayır ki, razılaşmaların icrasının gecikməsi kənar müdaxilələrə imkanları da artırır. Məhz Ermənistanda seçkilər başa çatan kimi müşahidə olunan diplomatik trafik Moskvanın əsas vasitəçi olduğunu bir daha təsdiq etməyə və icra prosesinin sürətləndirilməsinə hesablanıb. Bu, Azərbaycanın istəyinə uyğundur, amma əsas məsələ Rusiyanın nə istədiyidir. Çünki münaqişə başa çatıb və Moskva ilə Bakının bəlkə də paylaşdığı əsas mövqe budur.

 

Bəs Rusiya nə istəyir? Birincisi, Moskva Qarabağda mövcudluğunun gələcəyinə təminat almaq istəyir. Çünki razılaşmaların icrası erməni qoşunlarının da bölgədən çıxarılması ilə nəticələnəcək və bu, rusların əlindəki vacib rıçaqlardan birinin çıxması deməkdir. İstisna deyil ki, Moskva masaya separatçıların gələcək taleyini qoyub. Bu o demək deyil ki, separatçılara hansısa formada status verilə bilər. Bu məsələ artıq keçmişdə qalıb. Rusiya da anlayır ki, bu, Bakının “qırmızı xətti”dir. Separatçı kartı daha çox Moskvanın istədiyinə nail olması üçün istifadə etdiyi rıçaqlardan biridir. Qeyd etdiyim kimi, Rusiya bölgədə qalmağın yollarını axtarır və Moskva zəmanət almaq istəyir ki, nəzarət etdiyi bölgədə idarəçilik Azərbaycana keçəcəksə, bu, rusların maraqlarına təsir etməyəcək”.

 

“İkincisi, Rusiya üçün cari prioritet Ermənistana Azərbayan üzərindən quru əlaqəsinin təmin edilməsidir. İndiyə qədər Gürcüstan marşrutu var, lakin Moskva üçün bu, həmişə risklidir və Paşinyanın yenidən hakimiyyətdə qalmasından sonra Rusiyaya daha etibarlı çıxış lazımdır. Prezident Əliyevin Moskvaya səfərindən öncə Rusiya Baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli İşçi Qrupun həmsədri Aleksey Overçukun Bakıya gəlişi də deməyə əsas verir ki, Rusiya kommunikasiyanın açılmasında öz prioritetinin daha tez icrasına çalışır. Bu, Zəngəzur dəhlizi deyil, istisna deyil ki, söhbət Qazax-İcevan yolundan gedir. Moskvada qapalı görüşdə Rusiya tərəfinin bu iki məsələni gündəmə gətirdiyini düşünürəm”, - analitik əlavə edib.

 

“Azərbaycan Prezidenti Moskvaya hansı prioritetlərlə getmişdi?”, - sualına gəldikdə isə A.Nərimanlı qeyd edib ki, bunu anlamaq üçün səfərdən öncə İ.Əliyevin addımlarına diqqət etmək lazımdır: “Qarabağda açılan atəşlərdən sonra Azərbaycan tərəfi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə müraciət etdi. Prezident Əliyev iyulun 7-də fikrimcə, Xankəndi, Xocalı və Xocavəndin də taleyini həll edən fərman imzaladı. Bununla “Dağlıq Qarabağ” ifadəsini də arxivə göndərdi və belə demək mümkünsə, Qarabağ məsələsini müzakirə masasından çıxardı. Hər halda rəsmi Bakı üçün artıq bu məsələ bitib və Azərbcan Prezidenti bunu müzakirə etməyəcəyini rəsmi şəkildə elan etdi. İ.Əliyevin qapalı müzakirələrdə iki priotitet üzərində dayandığını düşünürəm. Birincisi, üçtərəfli razılaşmanın 4-cü bəndinin icra edilməsi, yəni ki, erməni qoşunların Azərbaycan ərazisindən çıxarılmasıdır. Rusiyanın vasitəçilik missiyasına alternativlərin yaranması, o cümlədən, Paşinyan hakimiyyətinin sərhəd məsələsində Moskvaya alternativ yaratmaq cəhdləri Bakının bu tələbində israr etməsi üçün əlini gücləndirir. İkincisi, Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin, yəni ki, türk hərbçilərin fəaliyyətinin genişləndirilməsidir. Bu məsələdə Ankara və Bakının Moskva ilə təmaslarının olduğunu düşünürəm və istisna deyil ki, Əliyev Putinə vəziyyəti diplomatik dillə izah edib: Qarabağda istənilən problem Rusiya sülhməramlılarının missiyasına şübhələri artırır və bunun üçün məsuliyyəti Türkiyə ilə bölüşmək daha yaxşı olardı”.

“Qapalı görüşün nəticələrini yaxın dövrdə görə biləcəyik, lakin bağlı qapılar arxasında müzakirələr başlanmamışdan öncə liderlərin ictimaiyyətə açıq söhbəti görüşdəki mövqeləri də anlamağa imkan verir”, - siyasi şərhçi bildirib.

 

Müsahibimiz xatırladıb ki, Putin “kompromisli qərarların tapıldığı” üçün Azərbaycan Prezidentinə təşəkkür etdi: “Və bildirdi ki, “nizamlama istəyiriksə, onda bu yolla getməliyik”, yəni ki, kompramislər olmalıdır. Söhbət hansı kompramisdən gedir. Axı qeyd etdiyimiz kimi, münaqişənin bitdiyini Bakı kimi Moskva da qəbul edir və Putin Paşinyanla görüşdə də Ermənistanın ağrılı qərarlar verəcəyinə işarə etmişdi. O cümlədən, İlham Əliyevin Qarabağ məsələsini müzakirə gündəmindən çıxarması da deməyə əsas verir ki, “kompramis” Qarabağla bağlı deyil. Fikrimcə, Rusiyanın əsas gündəmi bölgədə qalmağına zəmanət almaq və kommunikasiyanın bərpasında öz prioritetlərini tezləşdirməkdir. Qapalı görüşdə bunlar müzakirə olunub”.

 

“İlham Əliyev isə iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu, bir daha təsdiq edir ki, Bakının Qarabağla bağlı müzakirə edəcəyi heç nə qalmayıb və yalnız bundan sonra atılacaq addımlara baxır. Əliyev də Moskvaya bunun üçün gəldiyini Putinlə açıq söhbətdə vurğuladı. Görüşdən yayımlanan kadrlar da liderlərin kifayət qədər isti münasibətləri olduğunu və proseslərin Bakının da, Moskvanın da maraqlarına uyğun getdiyi fikrini güləndirir. Putin Paşinyanla görüşdə tamam fərqli kadrlar var idi”, - A.Nərimanlı vurğulayıb.

 

Analitik hesab edir ki, Moskva görüşünün ana gündəmi isə sərhədlərin delimitasiyası və Rusiyanın vasitəçiliyi ilə sərhəd müqaviləsinin imzalanmasıdır: “Fikrimcə, Paşinyanın Moskva səfərində bu müqavilənin detalları müzakirə olunub, eyni müzakirə Əliyevlə də aparılıb. Paşinyanın Moskvadan qayıtdıqdan sonra dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribat hücumları da deməyə əsas verir ki, müqavilə Nikolun seçkidən öncə dediyi kimi, heç də 100 faiz Ermənistanın xeyrinə deyil”.

Azərbaycan XTQ-si Qarabağda antiterror əməliyyatına başlayır - Rusiyanın  ictimai xadimi

Müsahibimiz düşünür ki, qarşıdakı dövrdə proseslərin üç istiqamətdə mümkün inkişafını görə bilərik: “Birincisi, erməni qoşunların Azərbaycan ərazisindən çıxarılmasına başlanılacağı istisna deyil. Fikrimcə, Moskvada bu məsələ razılaşdırılıb. Rusiya sərhəd müqaviləsinə vasitəçilik etmək istəyirsə, öncə mövcud razılaşmalar icra edilməlidir. İkincisi, Bakının kiçikçaplı antiterror əməliyyatının olması istisna deyil. Bu da erməni qoşunların çıxarılması planına daxildir. Mümkündür ki, Rusiya Ermənistan ordusunda və cəmiyyətində “xilaskar” obrazını zədələməmək üçün prosesi icra edən tərəf kimi görünmək istəmir. Kiçikçaplı antiterror əməliyyatı ilə bu məsələ icra edilə bilər. Üçüncüsü, Ermənistanda hökumət formalaşdırıldıqdan sonra Moskvada üçtərəfli – Putin, Əliyev və Paşinyan – görüş keçiriləcəyi mümkündür. Əslində Putin-Paşinyan, Putin-Əliyev görüşünün ana hədəfinin üçtərəfli görüşə hazırlıq olduğunu deyə bilərik. Növbəti mümkün üçtərəfli görüşdə sərhəd müqaviləsinin gündəmdə olacağını düşünürəm və bu müqaviləyə Naxçıvanın Kərki, eləcə də Qazaxın 7 kəndinin qaytarılması məsələsinin də daxil ediləcəyi istisna deyil”.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş