“Bloomberg”: Çinin yardımı Amerikanın yardımını əvəzləyə bilməz

Dünya

23.04.2025 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

Qərb Çinin ABŞ-ı əvəz edə biləcəyinə şübhə ilə yanaşır

Çin beynəlxalq humanitar yardımın həcmini ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən kəsildikdən sonra ödəyə bilməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Məqalədə deyilir: “Beynəlxalq yardım agentlikləri və inkişaf etməkdə olan ölkələr Donald Trampın ABŞ-ın humanitar yardım öhdəliklərini kəsməsindən sonra ictimai səhiyyə proqramları üçün maliyyə çatışmazlığı ilə üzləşiblər”.

İddia olunur ki, Çinin verdiyi yardım iki ölkənin yanaşma fərqliliyinə görə Amerika yardımını əvəz edə bilməz. Nəşrin yazdığına görə, ABŞ qeyri-kommersiya və beynəlxalq təşkilatların humanitar proqramları üçün vəsait ayırsa da, Çinin yardımı əsasən ikitərəfli kreditlər və birbaşa hökumətlərə ianələrdən ibarətdir.

Bundan əvvəl Donald Tramp Çindən gələn mallara rüsumların azaldılması planlarını açıqlayıb və Pekinlə razılığa gəlməyə ümid etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş