“Xəbər bizi dərindən kədərləndirdi”
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb.
AYNA.AZ xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Prezident,
Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".