Dələduzluğa görə axtarılanlar saxlanılıb
Azərbaycanda polis əməkdaşları noyabrın 10-da itkin düşmüş kimi axtarılan 3 nəfərin yerini müəyyən ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılırdılar. Tapılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan daha 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.