“28 Mall”da pulsuz burgerlər paylanacaq - <font color=red> Möhtəşəm açılış</font>

Xəbərlər

30.11.2019 - 14:52

Açılışda “Black Star Burger” sevərləri bir sıra sürprizlər gözləyir

 

Məşhur “Black Star Burger” restoranlar şəbəkəsi Bakıda – “28 Mall” Ticarət Mərkəzində növbəti filialını açır.  AYNA xəbər verir ki, paytaxtımızda sayca artıq ikinci olan filialın açılışı bazar günü – 1 dekabr saat 13.00-da reallaşacaq.


Təntənəli açılışda “Black Star Burger” sevərləri bir sıra sürprizlər gözləyir.

 

Açılışda populyar DJ-lərin təqdimatında şou-proqram, yarışmalar, hədiyyələr olacaq. Ən başlıcası isə açılışa gələnlərə çoxsaylı burgerlər paylanacaq. 

 

Qeyd edək ki, “Black Star Burger”in digər filialı paytaxtın Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərir.

Müəllif: Ayna.az