İrandan Argentinanın SEPAH-la bağlı qərarına cavab

Dünya

11.11.2026 - 11:54

Tehran Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi tanıyıb

İran Buenos Ayresin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab olaraq Argentinanın Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi tanıyıb. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.

"İran İslam Respublikası hökuməti qarşılıqlılıq prinsipinə və ABŞ tərəfindən SEPAH-ın terror təşkilatı kimi tanıması ilə əlaqədar qisas tədbirləri haqqında qanuna uyğun olaraq, Argentina Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini bu qanuna tabe hesab edir və onları terror təşkilatları kimi tanıyır", - bildirilib.

XİN qeyd edib ki, Argentinanın qərarı beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və SEPAH İranın rəsmi silahlı qüvvələrinin sütunudur.

Bəyanatda vurğulanıb ki, nəticələrə görə məsuliyyət Argentina hökumətinin üzərinə düşür.

Mart ayının sonlarında Argentina 1992 və 1994-cü illərdə Buenos Ayresdə baş verən və “Hizbullah” tərəfindən SEPAH-ın regional əməliyyatçısı kimi törədilən hücumları əsas gətirərək SEPAH-ı terror təşkilatı elan edib. Bu hücumlar Argentinanın fikrincə, SEPAH-ın regional əməliyyatçısı kimi “Hizbullah” tərəfindən törədilib. Buenos Ayres İran XİN-in açıqlamalarından sonra İranın müvəqqəti işlər vəkili Möhsün Tehranini arzuolunmaz şəxs elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş