NATO qırıcı təyyarələri havaya qaldırılıb
Litvada naməlum uçan obyekt səbəbindən hava hücumu xəbərdarlığı verilib və NATO qırıcı təyyarələri havaya qaldırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə LRT dövlət radiosu Milli Böhran İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskasa istinadən məlumat yayıb.
"Bunun pilotsuz təyyarə, yoxsa başqa bir obyekt olduğunu demək çətindir. Hərbi Hava Qüvvələrimiz onu izləməyə davam edəcək", - deyə o bildirib.
Xəbərdarlıq verildikdən təxminən 45 dəqiqə sonra Litva Ordusu hava hücumu xəbərdarlığını ləğv edib.