ABŞ-da terrorla bağlı həbslər 655 faiz artıb

Dünya

23.04.2025 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Həbs olunanlar arasında Hindistan vətəndaşı Harpreet Sinq də var

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi agentləri bu ilin yanvar ayından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 655 faiz çox terror şübhəlisini həbs edib. AYNA.AZ xəbər verir ki, bu barədə aprelin 22-də “New York Post” (NYP) ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatlarına istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyasının rəhbərlik etdiyi reydlər nəticəsində 219-dan çox “məlum və ya terrorçuluqda şübhəli bilinən şəxs” həbs edilib. Onların arasında 27 yanvar 2022-ci ildə Meksikadan ABŞ sərhədini qeyri-qanuni keçən və tezliklə Sərhəd Patrulunun agentləri tərəfindən gələcək məhkəmə tarixi təyin edilməklə sərbəst buraxılan Hindistan vətəndaşı Harpreet Sinq də var.

Məlumata görə, Sinq öz ölkəsində ən çox axtarılan şəxslərdən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş