Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat çəkib

Siyasət

29.01.2020 - 23:29

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında müzakirələr sabah davam etdiriləcək 

 

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

 

Sabah danışıqların növbəti raundu keçiriləcək.

Müəllif: Ayna.az