"Xarici işlər nazirlərinin Ukrayna üzrə sülh danışıqlarına həsr olunmuş görüşü təxirə salınıb”
Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə xarici işlər nazirləri səviyyəsində çərşənbə günü Londonda baş tutmalı olan danışıqlar təxirə salınıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, görüşün ləğv edildiyini Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib.
"Xarici işlər nazirlərinin Ukrayna üzrə sülh danışıqlarına həsr olunmuş görüşü təxirə salınıb. Ölkələrin rəsmi nümayəndələri səviyyəsində danışıqlar davam edəcək, lakin onlar mətbuat üçün qapalıdır", - XİN-dən “The Guardian”a bildirilib.