“Bu, ciddi narahatlıq doğuran məsələdir və Ukrayna ilə Çin arasında tərəfdaşlıq ruhuna ziddir”
Çinin Kiyevdəki səfiri Ma Şenqun Ukraynadakı münaqişədə Rusiya Federasiyasının tərəfində Çin vətəndaşlarının hərbi əməliyyatlarda iştirakı ilə bağlı məlumatla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
"Aprelin 22-də Çin Xalq Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Ma Şenqkun Xarici İşlər Nazirliyinə dəvət edilib", - bildirilib.
Qeyd olunub ki, Ukrayna tərəfi Çin hərbi qulluqçularının döyüşlərdə iştirakına, habelə Çin şirkətləri tərəfindən Rusiyaya hərbi məhsulların tədarükünə dair bəzi “sübutlar” əldə edib: “Bütün məlumatlar Çinə ötürülüb”.
“Bu, ciddi narahatlıq doğuran məsələdir və Ukrayna ilə Çin arasında tərəfdaşlıq ruhuna ziddir”, - deyə vurğulanıb.