“Beynəlxalq tədbirin qaydalarına uyğun olaraq qarşı tərəfə dəvət göndərilir”
Ermənistan Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib. AYNA.AZ xəbər verir ki, bunu yarışa həsr olunmuş ilk mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.
Bildirib ki, beynəlxalq tədbirin qaydalarına uyğun olaraq qarşı tərəfə dəvət göndərilir: "Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki, təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək".
Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub. Medianın akkreditasiyana isə mayda başlanılacaq.